
Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığı üzərində çalışır
Cihazlar+
22.01.2024
Emil
Samsung şirkəti Galaxy Buds 2 Pro naqilsiz qulaqlığını 2 il bundan öncə təqdim etmişdi. İndi isə məşhur insayder Roland Quandt xəbər verib ki, Samsung hal-hazırda Galaxy Buds 3 Pro naqilsiz qulaqlığı üzərində çalışır. İnsayder hazırlanan bu yeni naqilsiz qulaqlıq barəsində əlavə heç bir məlumat verməyib. Çox güman ki, Galaxy Buds 3 Pro bu il ərzində təqdim olunacaq. Yeni naqilsiz qulaqlığın vakuum konstruksiyasını əldə edəcəyi və ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
