main-post-cover

    Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının real fotoları təqdim edilib

    Cihazlar+
    05.07.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin təqdim etməyə hazırlaşdığı yeni məhsulları barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə internetdə Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının real fotoları ortaya çıxıblar. Ortaya çıxmış fotolarda naqilsiz qulaqlıqlar və onların şarj keysi boz gövdə rəngində əks olunublar. Fotolara əsasən qulaqlıqlar Apple AirPods Pro tərzində dizayna sahibdirlər. Onların şarj keysi isə yarı şəffaf gövdəni əldə edib.
         Məlumata əsasən şarj keysi USB-C girişinə, şarj səviyyəsini göstərən LED indikatora və bir ədəd idarəetmə düyməsinə sahibdir. Qeyd etmək lazımdır ki, Galaxy Buds 3 Pro-nun özündə ətraf səs-küyü boğma funksiyasını birləşdirəcəyi gözlənilir. Bundan əlavə olaraq qulaqlıqların gövdələri IP57 standartı üzrə sudan qorunma özəlliyini əldə etməli və bir dəfə şarj olunandan sonra 30 saat ərzində çalışmalıdırlar.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung uzana bilən elastiki ekranı patentləşdirib
    samsung-uzana-bilen-elastiki-ekrani-patentlesdirib
    Büdcəli Samsung Galaxy A13 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
    budceli-samsung-galaxy-a13-smartfonu-oneui-61-i-elde-etmeye-baslayib
    İddialara görə, Samsung, Galaxy S25 Plus modelini ləğv edə bilər!
    iddialara-gore-samsung-galaxy-s25-plus-modelini-legv-ede-biler
    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonları Samsung-un yeni nəsil OLED ekranını əldə edəcəklər
    iphone-16-pro-ve-iphone-16-pro-max-smartfonlari-samsung-un-yeni-nesil-oled-ekranini-elde-edecekler
    Təqdimata az qalmış Samsung Galaxy Watch Ultra-nın detallı texniki göstəriciləri ortaya çxıblar
    teqdimata-az-qalmis-samsung-galaxy-watch-ultra-nin-detalli-texniki-gostericileri-ortaya-cxiblar