Logo
    main-post-cover

    Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının vacib özəlliyi məlum olub

    Cihazlar+
    26.04.2024
    Farid
         Samsung şirkəti yaxın aylar ərzində Galaxy Buds 3 Pro adlı yeni premium naqilsiz qulaqlığını təqdim etməlidir. Məlum olub ki, sözügedən naqilsiz qulaqlıq bir sıra sertfikatlaşdırma agentliyinin məlumat bazalarında EB-BR630ABY model nömrəsi ilə ortaya çıxıb. Bunun sayəsində Galaxy Buds 3 Pro-nun şarj keysinin batareya həcmi məlum olub. Beləliklə məlumata əsasən Galaxy Buds 3 Pro-nun şarj keysi 500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Galaxy Buds 2 Pro-nun da şarj keysi 500 mAh enerji tutumlu batareyaya sahibdir. Yəni bu mövzuda yeni Galaxy Buds 3 Pro-da heç bir dəyişiklik olmayacaq. Qulaqlıqların özlərində hansı həcmdə batareyanın olacağı hələ məlum deyil. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Samsung Galaxy Buds 3 ilə Buds 3 Pro-nu eyni vaxtda təqdim edə bilər.
    Paylaş