
Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları süni zəka funksiyalarını əldə edəcəklər
Cihazlar+
16.04.2024
Farid
Samsung şirkəti adətən özünün Galaxy Buds və Galaxy Buds Pro naqilsiz qulaqlıqlarını fərqli tədbirlər çərçivəsində təqdim edir. Lakin görünür, Galaxy Buds 3 və Buds 3 Pro halında vəziyyət fərqli olacaq. Belə ki, insayderlərin sözlərinə əsasən Samsung sözügedən naqilsiz qulaqlıqları bir tədbir çərçivəsində təqdim edəcək. Bu qulaqların nə zaman təqdim olunacaqları barəsində məlumat yoxdur. Lakin gözləntilərə əsasən bu, qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının təqdimatları zamanı baş tutacaq. Bununla yanaşı güman olunur ki, bu yeni naqilsiz qulaqlıqlar Galaxy AI süni zəka funksiyalarına sahib olacaqlar.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
