main-post-cover

    Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.07.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy Unpacked 2024 tədbiri çərçivəsində üstəlik yeni naqilsiz qulaqlıqlarını da təqdim edib. Söhbət, Galaxy Buds 3Galaxy Buds 3 Pro-dan gedir. Təqdim edilmiş bu yeni naqilsiz qulaqlıqlar əvvəlki Galaxy Buds modellərindən tamamilə fərqlənirlər. Yeni qulaqlıqlar xarici görünüşcə Apple AirPods modellərini xatırladırlar. Adi Galaxy Buds 3 modeli 11 mm-lik audio drayveri əldə edib və o, ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyir.
         Bundan əlavə olaraq qulaqlıqların hər biri 3 ədəd mikrofon ilə təchiz olunub. Bununla yanaşı Galaxy Buds 3 qulaqlıqlarının gövdələri IP57 standartlı üzrə sudan qorunurlar. Qulaqlıqlarda idarəetmə sistemi sensorludur. Ətraf səs-küyün boğulması funksiyasının aktiv olmadığı halda Galaxy Buds 3 6 saat ərzində (şarj keysi ilə birlikdə 30 saat), funksiyanın aktiv olduğu halda isə 5 saat ərzində (şarj keysi ilə birlikdə 24 saat) çalışa bilir. Demək olar eyni özəlliklərə Galaxy Buds 3 Pro da sahibdir. Lakin bəzi fərqlər var.
         Belə ki, Galaxy Buds 3 Pro 11 mm-lik əvəzinə 10.5 mm-lik audio drayveri əldə edib. Üstəlik Galaxy Buds 3 Pro ətraf səs-küyün boğulması funksiyasının aktiv olmadığı halda 7 saat ərzində (şarj keysi ilə birlikdə 30 saat), funksiyanın aktiv olduğu halda isə 6 saat ərzində (şarj keysi ilə birlikdə 26 saat) çalışa bilir. Bu yeni qulaqlıqların daha bir fərqləndirici özəllikləri ondan ibarətdir ki, onlar real zaman ərzində süni zəka əsasında sinxron tərcüməni dəstəkləyirlər. Beləliklə bu qulaqlıqların istifadəçiləri digər dildə danışan şəxslərlə ünsiyyət qura biləcəklər. Qulaqlıqlar 24 iyul tarixində satışa çıxacaqlar. Galaxy Buds 3 modeli 180$-a, Galaxy Buds 3 Pro modeli isə 250$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra smart saatları təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-watch-7-ve-galaxy-watch-ultra-smart-saatlari-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Ring smart üzüyü təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-ring-smart-uzuyu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-teqdim-olunub-qiymeti
    Samsung ikinci nəsil Galaxy Ring-i artıq patentləşdirib
    samsung-ikinci-nesil-galaxy-ring-i-artiq-patentlesdirib
    Samsung Galaxy Z Fold 6-nın daha geniş və nazik gövdəli versiyasını hazırlayır
    samsung-galaxy-z-fold-6-nin-daha-genis-ve-nazik-govdeli-versiyasini-hazirlayir