
Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqlarının özəllikləri ilə qiymətləri açıqlanıb
Cihazlar+
06.06.2024
Emil
Samsung şirkəti yaxın zamanda Galaxy Buds 3 və Buds 3 Pro adlı yeni naqilsiz qulaqlıqlarını təqdim etməlidir. İndi isə insayderlər sözügedən yeni naqilsiz qulaqlıqların özəllikləri barəsində məlumatlar veriblər. Beləliklə verilmiş məlumatlara əsasən adi Galaxy Buds 3 modeli birtərəfli səsgücləndiricini əldə edəcək və həcmli səslənməni (360 Audio) dəstəkləyəcək. Qulaqlıqların gövdələri IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahib olacaqlar. Üstəlik Galaxy Buds 3 modeli ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyəcək. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra şarj keysi ilə birlikdə 24 saat ərzində çalışa biləcəklər. Məlumatlarda qeyd edilib ki, Galaxy Buds 3 modelinin satış qiyməti 140$ təşkil etməlidir.
Galaxy Buds 3 Pro qulaqlıqlarına gəldikdə isə onlar ikitərəfli səsgücləndiricini əldə etməlidirlər. Adi Galaxy Buds 3 kimi Buds 3 Pro da həcmli səslənməni dəstəkləyəcək. Üstəlik Galaxy Buds 3-də olduğu kimi Galaxy Buds 3 Pro qulaqlıqlarının da gövdələri IP67 standartı üzrə sudan qorunma özəlliyinə və ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib olacaqlar. Məlumata əsasən Galaxy Buds 3 Pro modeli Blade Lights adlı funksiyanı əldə edəcək. Lakin bu funksiyanın nə üçün nəzərdə tutulduğu bilinmir. Məlumatlarda Galaxy Buds 3 Pro-nun bir dəfə şarj olunandan sonra nə qədər müddət ərzində çalışacağı qeyd edilməsə də, çox güman ki, o da şarj keysi ilə birlikdə 24 saat çalışa biləcək. Galaxy Buds 3 Pro-nun 230$ qiymətində satışa çıxacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung Buds 3 və Buds 3 Pro qulaqlıqlarında ciddi dizayn dəyişikliyi olacaq
Son məlumat sızıntılarına əsasən Samsung şirkəti bu ilin ikinci yarısında Galaxy Buds 3 və Galaxy Buds 3 Pro adlı yeni naqilsiz qulaqlıqlarını təqdim edəcək.

Cihazlar+
Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığının vacib özəlliyi məlum olub
Samsung şirkəti yaxın aylar ərzində Galaxy Buds 3 Pro adlı yeni premium naqilsiz qulaqlığını təqdim etməlidir.

Cihazlar+
Samsung Galaxy Buds 3 və Buds 3 Pro naqilsiz qulaqlıqları süni zəka funksiyalarını əldə edəcəklər
Samsung şirkəti adətən özünün Galaxy Buds və Galaxy Buds Pro naqilsiz qulaqlıqlarını fərqli tədbirlər çərçivəsində təqdim edir.

Cihazlar+
Samsung Galaxy Buds 3 Pro naqilsiz qulaqlığı üzərində çalışır
Samsung şirkəti Galaxy Buds 2 Pro naqilsiz qulaqlığını 2 il bundan öncə təqdim etmişdi.

Cihazlar+
Samsung Galaxy Buds 3 Pro süni zəka funksiyasını əldə edəcək
Samsung şirkəti hal hazırda müxtəlif növ smartfonlar ilə yanaşı həmçinin Galaxy Buds 3 Pro naqilsiz qulaqlığı üzərində də çalışır.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
