
Samsung Galaxy C smartfon seiryasını bazara geri qaytarmağa hazırlaşır
Cihazlar+
27.03.2024
Emil
Samsung şirkəti 2018-ci ildə Galaxy C seriyasının smartfonlarının satışlarını dayandırmışdı. Lakin ortaya çıxmış yeni məlumata əsasən şirkət Galaxy C smartfon seriyasını bazara geri qaytarmağı planlaşdırır. Belə ki, sözügedən seriyanın yeni smartfonu Google Play Console-da ortaya çıxıb. Söhbət, Galaxy C55 5G-dən gedir. Google Play Console-dakı məlumatlara əsasən Galaxy C55 5G smartfonu Full HD keyfiyyətli ekranı və 8 GB RAM-ı əldə edəcək. Bununla yanaşı smartfon qutudan Android 14 vasitəsilə çalışacaq. Çox güman ki, smartfon Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə təchiz olunacaq. Galaxy C55 5G-nin nə zaman təqdim olunacağı bilinmir.

Paylaş
samsung
samsung galaxy c
samsung galaxy c series
galaxy c
galaxy c series
samsung galaxy c55 5g
galaxy c55 5g
Bənzər xəbərlər

Cihazlar+
Samsung Galaxy M55-in təqdimatı artıq çox yaxındır
Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti Galaxy M55 smartfonunu təqdim etməyə hazırlaşır.

Cihazlar+
Samsung-un genişləndirilmiş reallıq cihazının hansı ekranları əldə edəcəyi açıqlanıb
Omdia tədqiqat şirkəti Samsung-un hazırladığı genişləndirilmiş reallıq (XR / Extended Reality) cihazı barəsində məlumatlar verib.

Cihazlar+
Gələn ilin əvvəli üçün gözlənilən adi Samsung Galaxy S25-in ölçüsü bir qədəq böyük ola bilər
Samsung şirkəti Galaxy S seriyasının hər il yeni modellərini təqdim edən zaman seriyada kompakt ölçüyə sahib adi Galaxy S modeli olur.

Cihazlar+
Büdcəli Samsung Galaxy Z Fold 6 nə ilə fərqlənəcək?
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Samsung şirkəti qatlana bilən Galaxy Z Fold 6 smartfonunun bir neçə versiyasını hazırlayır və onların arasında ucuz qiymətə satılacaq olanı da var.

Cihazlar+
Samsung-un təqdim edilməmiş qeyri-adi noutbuku sərgilənib (VİDEO)
Samsung-un təqdim olunmamış qeyri-adi noutbukunun videosu Çinin Weibo adlı sosial şəbəkəsində ortaya çıxıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
