
Samsung Galaxy C55 5G smartfonunun real fotoları ortaya çıxıb
Cihazlar+
22.04.2024
Farid
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy C55 5G smartfonunu təqdim etməyə hazırlaşır və bu smartfon sayəsində Galaxy C seriyasını bərpa etmək istəyir. İndi isə sözügedən smartfon Çinin bəzi fiziki mağazalarında ortaya çıxıb. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy C55 5G smartfonu minimum iki gövdə rənginə sahib olacaq. Qara və narıncı. Bununla yanaşı fotolarda smartfonun süni dəri ilə örtülmüş arxa panelə sahib versiyası əks olunub. Heç istisna deyil ki, Galaxy C55 5G-nin şüşə material ilə əhatə olunmuş arxa panelə sahib versiyası da olacaq.

Təqdim edilmiş fotolar smartfonun üçlü arxa kameraya sahib olacağını təsdiqləyirlər. Son məlumat sızıntılarına əsasən Galaxy C55 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ekranla təchiz olunacaq və Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 50 MP-lik əsas arxa kamera ilə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Smartfonun artıq bu ay ərzində təqdim olunacağı ehtimalı var.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
