main-post-cover

    Samsung Galaxy Chromebook Plus noutbuku təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    02.10.2024
    Emil Nəcəfov
         Samsung şirkəti nazik və yüngül gövdəyə sahib yeni noutbukunu təqdim edib. Şirkətin yeni noutbuku Samsung Galaxy Chromebook Plus adlanır. Beləliklə Samsung Galaxy Chromebook Plus noutbuku maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edən 15.6 düym ölçülü OLED ekranla təchiz olunub. Noutbukun çəkisi 1.17 kq, qalınlığı isə 11.8 mm təşkil edir. Noutbuk Intel Core i3 100U prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB-lıq daxili yaddaş həcmini əldə edib.
         Noutbukun batareya həcmi barəsində məlumat verilməsə də, Samsung qeyd edib ki, o, bir dəfə şarj olunandan sonra 13 saat ərzində çalışa bilir. Samsung Galaxy Chromebook Plus özündə HDMI, USB Type-C, USB Type-A girişlərini, microSD kart girişini və qulaqlıqlar üçün nəzərdə tutulmuş girişi birləşdirir. Adından da bəlli olduğu kimi sözügedən noutbuk ChromeOS əməliyyat sistemi vasitəsilə çalışır. Samsung Galaxy Chromebook Plus bu ay ərzində satışa çıxacaq və onun qiyməti 700$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy S26 smartfon seriyası bir modeldən məhrum ola bilər
    samsung-galaxy-s26-smartfon-seriyasi-bir-modelden-mehrum-ola-biler
    Nazik gövdəli Samsung Galaxy Fold 6 Special Edition bu ayın sonunda təqdim olunacaq
    nazik-govdeli-samsung-galaxy-fold-6-special-edition-bu-ayin-sonunda-teqdim-olunacaq
    Samsung Galaxy A16 smartfonunun 3 gövdə rəngində fotosu ortaya çıxıb
    samsung-galaxy-a16-smartfonunun-3-govde-renginde-fotosu-ortaya-cixib
    Samsung Galaxy S25 Ultra-nın maksimal RAM yaddaşı məlum olub
    samsung-galaxy-s25-ultra-nin-maksimal-ram-yaddasi-melum-olub
    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetləri təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-tab-s10-ve-tab-s10-ultra-plansetleri-teqdim-olunub-qiymeti