
Samsung Galaxy F06 smartfonunun ilk render fotoları və texniki imkanları təqdim edilib
Cihazlar+
17.12.2024
Emil
Samsung şirkəti Galaxy A və Galaxy M smartfon seriyasından başqa Galaxy F seriyasına da sahibdir və bu seriyanın yeni smartfonları üzərində çalışır. Onlardan biri də Galaxy F06 smartfonudur. İndi isə məlum olub ki, Smartprix saytı Galaxy F06 smartfonunun ilk render fotolarını və texniki imkanlarını təqdim edib. Fotolar sayəsində bu smartfonun yastı gövdə dizaynını əldə edəcəyi hissi formalaşır.
Bununla yanaşı fotolardan da görmək olar ki, Galaxy F06-nın arxa panelinin yuxarı sol hissəsində oval formalı kamera sahəsi yerləşəcək. Kamera sahəsinin daxilində isə iki ədəd kamera mövcud olacaq. Smartprix saytı bildirib ki, Galaxy F06 smartfonu HD+ keyfiyyətli 6.7 düym ölçülü LCD ekranla təchiz olunacaq və özündə 50 MP + 2 MP ikili arxa kamera ilə 8 MP-lik ön kameranı birləşdirəcək. Məlumata əsasən smarton 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Galaxy F06-nın nə zaman təqdim olunacağı bilinmir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
