
Samsung Galaxy F14 4G adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır
Cihazlar+
02.02.2024
Emil
Samsung şirkəti Galaxy F14 4G adlı büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Məlum olub ki, sözügedən smartfon Google Play Console-da ortaya çıxıb. Bunun sayəsində smartfonun bəzi texniki göstəriciləri məlum olub. Beləliklə məlumata əsasən Galaxy F14 4G smartfonu 1080x2400 piksel keyfiyyətli ekranla təchiz olunacaq və Qualcomm-un Snapdragon 680 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon qutudan Android 13 əməliyyat sistemini əldə edəcək. Galaxy F14 4G-nin yaxın zamanda təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
