Logo
    main-post-cover

    Samsung Galaxy F15 5G-nin promo materialları ortaya çıxıb

    Cihazlar+
    19.02.2024
    Emil
         Samsung şirkətinin təqdimata hazırlaşan Galaxy F15 5G smartfonunun promo materialları internetdə ortaya çıxıb. Ortaya çıxmış promo materiallar sayəsində smartfonun bəzi texniki özəllikləri məlum olub. Beləliklə promo materiallardan da görmək olar ki, smartfon yastı ekranı əldə edəcək və onun yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə 3 ədəd kamera obyektivi mövcud olacaq.
         Promo materiallardan birində qeyd edilib ki, Galaxy F15 5G smartfonu 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Üstəlik məlum olub ki, sözügedən smartfon 4 il ərzində Android yenilənməsi dəstəyini və 5 il ərzində təhlükəsizlik yenilənməsi dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, smartfonun MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacağı gözlənilir. Galaxy F15 5G yaxın günlərdə təqdim olunmalıdır.
    Paylaş