
Samsung Galaxy F15 5G-nin təqdimatı anons edilib
Cihazlar+
21.02.2024
Emil
Son bir neçə həftə ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti Galaxy F15 5G smartfonunun təqdimatını anons edib. Şirkətin təqdim etmiş olduğu posterə əsasən smartfon 4 mart tarixində Hindistanda təqdim olunacaq. Bununla yanaşı şirkət bildirib ki, Galaxy F15 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı əldə edəcək və MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Şirkət həmçinin bildirib ki, sözügedən smartfon 4 il ərzində Android yenilənməsi dəstəyini əldə edəcək.

Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
