
Samsung Galaxy F15 5G smartfonu Geekbench testlərindən keçib
Cihazlar+
19.02.2024
Emil
Samsung şirkəti hal-hazırda Galaxy A35 5G və A55 5G smartfonlarından əlavə olaraq həmçinin Galaxy F15 5G smartfonunun da təqdimatına hazırlaşır. İndi isə məlum olub ki, Galaxy F15 5G smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfonun bəzi özəllikləri təsdiqlənib. Beləliklə Geekbench məlumatlarına əsasən Galaxy F15 5G smartfonu MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 4 GB RAM-a sahib versiyası keçib. Bununla yanaşı məlum olub ki, Galaxy F15 5G qutudan Android 14-ü əldə edəcək. Smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 690 xal, çox nüvəli testi çərçivəsində isə 1752 xal toplayıb.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
