Logo
    main-post-cover

    Samsung Galaxy F15 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    04.03.2024
    Emil
         Samsung şirkəti Galaxy F seriyasının yeni modeli olan Galaxy F15 5G-ni təqdim edib. Galaxy F seriyasının sözügedən yeni smartfonu MediaTek prosessoru vasitəsilə çalışır və öz böyük həcmli batareyası və o cümlədən uzun müddət ərzində dəstəklənmə özəlliyi ilə seçilir. Beləliklə Galaxy F15 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym AMOLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşir. Smartfonun gövdəsi plastik materialdan hazırlanıb və özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Barmaq izi skanı texnologiyası isə yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
         Smartfon MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışır və özündə 4/6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini (1 TB-a kimi nano/microSD dəstəyi) birləşdirir. Kameralar mövzusunda Galaxy F15 5G 50 MP + 5 MP + 2 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahibdir. Galaxy F15 5G qutudan OneUI 6.0 interfeysli Android 14 vasitəsilə çalışır. Samsung bildirib ki, bu yeni smartfon 4 il ərzində Android dəstəyini və 5 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy F15 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 156$-dan başlayır. Çox güman ki, müəyyən müddətdən sonra smartfon həmçinin digər regionlarda da satışa çıxacaq.
    Paylaş