main-post-cover

    Samsung Galaxy F55 5G smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.05.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy F seriyasının yeni smartfonunu təqdim edib. Söhbət Galaxy F55 5G-dən gedir. Bu yeni smartfon aprel ayında Çində təqdim edilmiş Galaxy C55 5G-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyası rolunda çıxış edir. Galaxy F55 5G iki gövdə rəngində təqdim edilib. Qara və narıncı. Hər iki versiya Galaxy C55 5G kimi arxa paneldən süni dəri ilə əhatə olunub. Beləliklə Galaxy F55 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Üstəlik onun gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Galaxy F55 5G Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 8/12 GB RAM ilə 128/256 GB (microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 5 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə Galaxy F55 5G 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Galaxy F55 5G artıq Hindistanda satışa çıxıb və onun qiyməti 325$-dan start götürür. Onun digər ölkələrdə satışa çıxıb-çıxmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy A52s və A52 4G smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a52s-ve-a52-4g-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung, geyilə bilən robotunu təqdim etməyə hazırlaşır!
    samsung-geyile-bilen-robotunu-teqdim-etmeye-hazirlasir
    Samsung Galaxy A52 5G və Galaxy M53 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a52-5g-ve-galaxy-m53-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung Galaxy Watch 7 Ultra-nın ilk keyfiyyətli render fotoları təqdim edilib
    samsung-galaxy-watch-7-ultra-nin-ilk-keyfiyyetli-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy Z Fold 6 Slim adlı qatlana bilən smartfonu təqdim edə bilər
    samsung-galaxy-z-fold-6-slim-adli-qatlana-bilen-smartfonu-teqdim-ede-biler