Logo
    main-post-cover

    Samsung Galaxy F55-in Çində satılan Galaxy C55 5G-nin qlobal versiyası olacağı təsdiqlənib

    Cihazlar+
    03.05.2024
    Farid
         Artıq məlumdur ki, Samsung şirkəti Galaxy F55 smartfonunun təqdimatına hazırlaşır. Bir neçə gün bundan öncə isə məlumat ortaya çıxmışdı ki, təqdimata hazırlaşan bu smartfon keçən ay təqdim edilmiş Galaxy C55 5G-nin qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olacaq. İndi isə bu məlumat öz təsdiqini tapıb. Belə ki, internetdə Galaxy F55-in render fotoları ortaya çıxıb. Ortaya çıxmış fotolarda smartfonun xarici görünüşü ilə yanaşı texniki özəllikləri də əks olunub. Beləliklə fotolardan da görmək olar ki, Galaxy F55 smartfonu xarici görünüşcə Çində satılan Galaxy C55 5G-nin kopyası olacaq.
         Galaxy C55 5G kimi Galaxy F55-in də arxa paneli süni dəri örtüyünə sahib olacaq. Fotolara əsasən Galaxy F55 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym Super AMOLED ekranla təchiz olunacaq və Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 50 MP + 8 MP + 5 MP üçlü arxa kamera ilə 50 MP-lik ön kameranı əldə edəcək və özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Həmçinin Galaxy F55 smartfonu Galaxy F seriyasının 12 GB RAM-a sahib ilk smartfonu olacaq. Galaxy F55-in bu ay ərzində təqdim olunacağı gözlənilir.
    Paylaş