Samsung Galaxy F55 smartfonunun təqdimatı anons edilib
Cihazlar+
10.05.2024
Sabina Rustamli
Bir neçə həftə ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti Galaxy F55 smartfonunun təqdimatını anons edib. Beləliklə şirkətin rəsmi məlumatına əsasən Galaxy F55 smartfonu 17 may tarixində Hindistanda təqdim ediləcək. Qeyd etmək lazımdır ki, Galaxy F seriyasının bu smartfonu keçən ay Çində təqdim edilmiş Galaxy C55 5G smartfonunun qlobal bazar üçün nəzərdə tutulmuş versiyası olmalıdır. Belə ki, Galaxy C55 5G kimi Galaxy F55 də süni dəri ilə örtülmüş arxa paneli əldə edəcək. Smartfon 6.7 düym ölçülü Super AMOLED ekranı əldə etməli və Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışmalıdır. Üstəlik Galaxy F55-in özündə 50 MP + 8 MP + 5 MP üçlü arxa kameranı və 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Samsung Galaxy S24 Ultra ən çox satılan Android smartfon olub!
Samsung Galaxy S24 Ultra ən çox satılan Android smartfon olub!
Samsung Galaxy S24 Ultra 2024-cü ilin birinci rübündə ən çox satılan Android smartfon olub. Bütün smartfon modellərinə baxdığımızda isə iPhone 15 Pro Max-ın hələ də zirvədə olduğunu görürük.
Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
Samsung Exynos prosessorlarında AMD-nin qrafik çipindən imtina edə bilər
Uzun illər ərzində öz Exynos prosessorlarının aşağı keyfiyyətdə olmaları səbəbilə çoxlu sayda tənqidə məruz qalmış Samsung şirkəti vəziyyəti düzəltmək yolunda irəliləyir.
Smartfonlar haqqında sızıntı məlumatları ilə tanınan məşhur X istifadəçisi Galaxy S24 Ultra smartfonuna görə, Samsung şirkətini fırıldaqçılıqda günahlandırır!
Smartfonlar haqqında sızıntı məlumatları ilə tanınan məşhur X istifadəçisi Galaxy S24 Ultra smartfonuna görə, Samsung şirkətini fırıldaqçılıqda günahlandırır!
Sektorunda sızıntı məlumatları ilə tanınan bir X istifadəçisi Samsung Galaxy S24 Ultra-nın bir çox problemi olduğunu bildirərək şirkətin aldadıcı reklam etdiyi iddiası ilə ittiham edib.
Samsung G60SD adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung G60SD adlı yeni gaming monitoru təqdim edilib - QİYMƏTİ
Samsung öz yeni gaming monitorunu təqdim edib. Şirkətin təqdim etmiş olduğu yeni gaming monitor Samsung G60SD adlanır.
Samsung öz smartfonlarında avtronom çalışma müddətini süni zəka vasitəsilə yüksəldəcək
Samsung öz smartfonlarında avtronom çalışma müddətini süni zəka vasitəsilə yüksəldəcək
Son məlumatlara əsasən Samsung şirkəti Galaxy AI adlı süni zəka ekosisteminə daxil olan funksiyaların yenilənməsi və bu ekosistemə daxil olacaq tamamilə yeni funksiyalar üzərində çalışır.
Həftənin xəbərləri
Juno kosmik aparatı Yupiterin yeni fotolarını göndərib
OpenAI 10 milyon dollardan baha qiymətə chat.com domenini alıb