
Samsung Galaxy Fit 3 smart qolbağı təqdimata hazırlaşır
Cihazlar+
24.01.2024
Emil
Hələ keçən il məlumat ortaya çıxmışdı ki, Samsung şirkəti Galaxy Fit 3 smart qolbağı üzərində çalışır. Görünür, bu smart qolbağın təqdimatı artıq yaxınlaşır. Belə ki, Galaxy Fit 3 Malayziyanın SIRIM adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında ortaya çıxıb. Bu isə onun yaxın zamanda təqdim olunacağına işarə edir. Gözləntilərə əsasən Galaxy Fit 3 smart qolbağı AMOLED ekrana sahib olacaq və özündə 200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı onun gövdəsi sudan və tozdan qorunmalı, üstəlik GPS texnologiyasına sahib olmalıdır. Digər smart qolbaqlar kimi Galaxy Fit 3 də istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
