
Samsung Galaxy Fit 3 smart qolbağının fotoları ortaya çıxıb
Cihazlar+
31.01.2024
Emil
Artıq məlumdur ki, Samsung şirkəti Galaxy Fit 3 adlı yeni smart qolbağın təqdimatına hazırlaşır. İndi isə sözügedən qolbaq Samsung saytında ortaya çıxıb. Ortaya çıxmış press fotolar Galaxy Fit 3 barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyiblər. Beləliklə fotolardan da görmək olar ki, Samsung-un bu yeni smart qolbağı düzbucaqlı formasında gövdəni əldə edəcək və gövdənin özü sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Məlumata əsasən smart qolbaq 1.61 düym AMOLED ekranla təchiz olunacaq və özündə 200 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Gözləntilərə əsasən Galaxy Fit 3 istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək və GPS funksiyasına sahib olacaq. Smart qolbağın yaxın zamanda təqdim olunacağı güman edilir.



Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
