
Samsung Galaxy Fit 3 smart qolbağının videosu ortaya çıxıb
Cihazlar+
12.02.2024
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti yeni smart qolbağı olacaq Galaxy Fit 3-ün təqdimatına hazırlaşır. İndi isə sözügedən smart qolbağın videosu ortaya çıxıb. Ortaya çıxmış video smart qolbaq barəsində daha öncə olmuş məlumat sızıntılarını təsdiqləyib. Belə ki, Galaxy Fit 3 bazara iki gövdə rəngində satışa çıxacaq. Qara və gümüşü. Smart qolbaq düzbucaq formasında ekranı və bir ədəd fiziki idarəetmə düyməsini əldə edəcək. Qeyd etmək lazımdır ki, Galaxy Fit 3-ün 1.61 düym AMOLED ekranla təchiz olunacağı və özündə 200 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Smart qolbaq yaxın günlərdə təqdim oluna bilər.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
