
Samsung Galaxy Flip FE-nin hansı prosessoru əldə edə biləcəyi açıqlanıb
Cihazlar+
14.11.2024
Emil
Keçən həftə məlumat ortaya çıxdı ki, Samsung şirkəti gələn il Galaxy Flip FE adlı büdcəli qatlana bilən smartfonunu təqdim edəcək. Şirkətin bu ilki üçüncü rüb üzrə gəlir hesabatında Samsung-un top menecerlərindən biri bu layihənin mövcudluğunu təsdiqlədi. İndi isə insayderlər Galaxy Flip FE-nin hansı prosessor vasitəsilə çalışa biləcəyi barəsində məlumat veriblər.
Beləliklə onların sözlərinə əsasən Galaxy Flip FE smartfonu Galaxy S24 və S24+ modellərinin Avropada satılan versiyalarında istifadə edilən prosessoru əldə edə bilər. Söhbət, Exynos 2400 prosessorundan gedir. Əgər bu məlumat həqiqəti əks etdirirsə, büdcəli smartfonda flaqman səviyyəli prosessoru görmək olduqca təəccüblü olar. Lakin Galaxy Flip FE-nin daha aşağı satış qiymətinə sahib olması üçün şirkət onun digər texniki imkanlarını bir qədər sadələşdirə bilər. Buna misal olaraq kameraları, batareyanı və ekranı gətirmək olar.
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
