
Samsung Galaxy M15 5G-nin bəzi texniki özəllikləri təsdiqlənib
Cihazlar+
06.03.2024
Emil
Samsung şirkətinin təqdimata hazırlaşan büdcəli Galaxy M15 5G smartfonu Google Play Console-da ortaya çıxıb. Bunun sayəsində sözügedən smartfonun bəzi texniki imkanları məlum olub. Beləliklə Google Play Console-dakı məlumatlara əsasən Galaxy M15 5G smartfonu 2400x1080 piksel keyfiyyətli ekranı əldə edəcək. Məlumatlarda qeyd edilib ki, smartfon MediaTek Dimensity 6100+ prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı birləşdirəcək. Həmçinin məlum olub ki, Galaxy M15 5G qutudan Android 14-ü əldə edəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
