
Samsung Galaxy M15 5G-nin texniki özəlliklərindən biri məlum olub
Samsung şirkəti Galaxy M15 5G adlı orta büdcəli smartfonunu satışa çıxartmağa hazırlaşır. Məlum olub ki, Samsung-un bu smartfonu Dekra və SafetyKorea adlı sertifikatlaşdırma agentliklərinin məlumatlar bazasında ortaya çıxıb. Bunun sayəsində Galaxy M15 5G-nin vacib texniki göstəricilərindən biri məlum olub. Söhbət, smartfonun batareya həcmindən gedir. Beləliklə verilmiş məlumata əsasən Galaxy M15 5G smartfonu 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...