Logo
    main-post-cover

    Samsung Galaxy M15 5G təqdim olunub

    Cihazlar+
    11.03.2024
    Emil
         Samsung şirkəti Galaxy M15 5G smartfonunu təqdim edib. Sözügedən yeni smartfon böyük həcmli batareyası və uzun müddət ərzində dəstəklənmə özəlliyi ilə seçilir. Beləliklə Galaxy M15 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym Super AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 800 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon həmçinin naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişə də sahibdir. Samsung bu smartfonun hansı prosessor vasitəsilə çalışdığını söyləməyib. Şirkət sadəcə qeyd edib ki, smartfona 2.2 GHz tezlikdə çalışan 8 nüvəli prosessor quraşdırılıb.
         Çox güman ki, söhbət, MediaTek Dimensity 6100+ prosessorundan gedir. Bununla yanaşı smartfon 4 GB RAM-ı və 128 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Galaxy M15 5G 50 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon özündə 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirir. Galaxy M15 5G qutudan Android 14 vasitəsilə çalışır. Lakin Samsung bildirib ki, bu yeni smartfon 4 il ərzində Android dəstəyini və 5 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Galaxy M15 5G-nin nə zaman və hansı qiymətə satılacağı barəsində məlumat verilməyib.
    Paylaş