Logo
    main-post-cover

    Samsung Galaxy M15-in vacib texniki özəlliyi məlum olub

    Cihazlar+
    27.12.2023
    Emil
         Samsung şirkəti hal-hazırda Galaxy A seriyası ilə yanaşı Galaxy M seriyasında da yeni smartfonları hazırlamaqla məşğuldur. Onlardan biri Galaxy M15 olacaq. İndi isə internetdə sözügedən smartfonun batareya həcmi barəsində məlumat ortaya çxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən Galaxy M15 smartfonu 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon barəsində digər bir məlumat olmasa da, onun Galaxy A15-i təkrarlayacağı güman edilir. Burdan da belə qənaətə gəlmək olar ki, Galaxy M15 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.5 düym AMOLED ekranla təchiz olunacaq və MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq. Galaxy M15-in gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
    Paylaş