
Samsung Galaxy M16 5G-nin ilk render fotoları təqdim edilib
Cihazlar+
24.12.2024
Emil
Samsung şirkətinin Galaxy M seriyasında hazırladığı yeni smartfonlardan biri də Galaxy M16 5G-dir. Android Headlines saytı öz növbəsində hazırlanan bu yeni smartfonun ilk render fotolarını təqdim edib. Təqdim edilmiş render fotolardan da görmək olar ki, Galaxy M16 5G smartfonu yastı gövdə dizaynını əldə edəcək və onun ekranı üzərində damcı formalı çıxıntı hissə yerləşəcək. Smartfonun arxa panelində isə oval formalı kamera sahəsi olacaq. Fotolara əsasən kamera sahəsinin daxilində 3 ədəd kamera yerləşəcək. Son məlumat sızıntılarına inansaq, Galaxy M16 5G smartfonu Dimensity 6300 prosessoru vasitəsilə çalışacaq və özündə 8 GB RAM-ı birləşdirəcək. Çox güman ki, Galaxy M seriyasının bu yeni smartfonu 2025-ci ilin birinci yarısında təqdim olunacaq.


Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
