Logo
    main-post-cover

    Samsung Galaxy M16 5G smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    13.12.2024
    Emil
            Samsung şirkəti hal-hazırda təkcə Galaxy A seriyasının deyil, həmçinin Galaxy M seriyasının yeni modelləri üzərində çalışır. Onların arasında Galaxy M16 5G də var. İndi isə məlum olub ki, Galaxy M16 5G smartfonu Geekbench testlərindən keçib. Bunun sayəsində smartfon barəsində bəzi təfərrüatlar məlum olub. Geekbench-in məlumatlar bazasında qeyd edilib ki, Galaxy M16 5G-nin prosessoru özündə 2.4 GHz tezlikdə çalışan 2 ədəd nüvəni və 2 GHz tezlikdə çalışan 6 ədəd nüvəni birləşdirir.
         Prosessorda qrafik imkanlardan isə Mali-G57 MC2 qrafik çipi cavabdehdir. Bu göstəricilər MediaTek Dimensity 6300 prosessoruna işarə edirlər. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik Geekbench sayəsində məlum olub ki, Galaxy M16 5G qutudan Android 14 vasitəsilə çalışacaq. Beləliklə smartfon Geekbench-in bir nüvəli testi çərçivəsində 552 xal, çox nüvəli testi çərçivəsində isə 1611 xal toplayıb.
    Paylaş