
Samsung Galaxy M35-in yeni render fotoları təqdim edilib
Cihazlar+
17.05.2024
Emil
Hələ təqdim olunmamış Samsung Galaxy M35 smartfonu iki gün bundan öncə Google Play Console servisində ortaya çıxdı. Bunun sayəsində smartfonun xarici görünüşü və bəzi texniki özəllikləri məlum oldu. İndi isə Evan Blass adlı məşhur insayder sözügedən smartfonun hər tərəfdən əks olunmuş fotolarını sərgiləyib. Məlumata əsasən Galaxy M35 smartfonu bir neçə müddət bundan öncə təqdim edilmiş Galaxy A35 smartfonunun təkmilləşdirilmiş versiyası olacaq. Təqdim edilmiş fotolardan da görmək olar ki, Galaxy M35 smartfonu yastı gövdəni və ekranı əldə edəcək.
Smartfon özündə qalın ekran ətrafı çərçivəni birləşdirəcək. Ekranın yuxarı mərkəz hissəsində isə kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfonun arxa panelində isə 3 ədəd kamera obyektivi yerləşəcək. Çox güman ki, arxa qapaq plastik materialdan hazırlanacaq. Galaxy M35-in 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym Super AMOLED ekranla təchiz olunacağı, Exynos 1380 prosessoru vasitəsilə çalışacağı, 50 MP-lik əsas arxa kameranı əldə edəcəyi və özündə 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir. Smartfonun yaxın zamanda təqdim olunacağı güman edilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
