main-post-cover

    Samsung Galaxy M35 smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    29.05.2024
    Emil Nəcəfov
         Samsung Galaxy M seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Galaxy M35-dən gedir. Galaxy M seriyasının bu smartfonu xarici görünüş və texniki imkanlar baxımından Galaxy A35-in demək olar kopyasıdır. Beləliklə Galaxy M35 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym yastı Super AMOLED ekranla təchiz olunub. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Galaxy M35 həmçinin özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir.
         Smartfon Exynos 1380 prosessoru vasitəsilə çalışır və özündə 8 GB RAM ilə 256 GB (1 TB-a kimi microSD dəstəkli) daxili yaddaş həcmini birləşdirir. Kameralar mövzusunda Galaxy M35 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 13 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyaya sahibdir. Smartfon qutudan Android 14 vasitəsilə çalışır. Samsung bildirib ki, Galaxy M35 smartfonu 4 il ərzində Android dəstəyini və 5 il ərzində təhlükəsizlik dəstəyini əldə edəcək. Smartfon artıq Braziliyada 470$ qiymətində satışa çıxıb və müəyyən müddətdən sonra digər regionlarda da satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy F55 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    samsung-galaxy-f55-5g-smartfonu-teqdim-edilib-qiymeti
    Samsung Galaxy A52s və A52 4G smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a52s-ve-a52-4g-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung, geyilə bilən robotunu təqdim etməyə hazırlaşır!
    samsung-geyile-bilen-robotunu-teqdim-etmeye-hazirlasir
    Samsung Galaxy A52 5G və Galaxy M53 smartfonları OneUI 6.1-i əldə etməyə başlayıblar
    samsung-galaxy-a52-5g-ve-galaxy-m53-smartfonlari-oneui-61-i-elde-etmeye-baslayiblar
    Samsung Galaxy Watch 7 Ultra-nın ilk keyfiyyətli render fotoları təqdim edilib
    samsung-galaxy-watch-7-ultra-nin-ilk-keyfiyyetli-render-fotolari-teqdim-edilib