Logo
    main-post-cover

    Samsung Galaxy M55 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    28.03.2024
    Emil
         Müəyyən müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Samsung şirkəti özünün Galaxy M seriyasının yeni smartfonunu təqdim edib. Söhbət, Galaxy M55 5G-dən gedir. Təqdim olunmuş Galaxy M55 5G həm xarici görünüş həm də texniki göstəricilər baxımından Galaxy A55 5G-nin oxşarıdır. Yeni smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Bununla yanaşı barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.
         Smartfonun gövdəsi IP67 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Galaxy M55 5G Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır və 8 GB RAM ilə 256 GB daxili yaddaş həcminə sahibdir. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 2 MP üçlü arxa kameranı və 50 MP-lik ön kameranı əldə edib. Batareyaya gəldikdə isə smartfon 25 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahibdir. Galaxy M55 5G qutudan OneUI 6.1 interfeysli Android 14 vasitəsilə çalışır. Smartfon artıq Braziliyada 540$ qiymətində satışa çıxıb. Müəyyən müddətdən sonra smartfon digər regionlarda da satılacaq.
    Paylaş