
Samsung Galaxy M55-in təqdimatı artıq çox yaxındır
Cihazlar+
19.03.2024
Emil
Biz artıq dəfələrlə məlumat vermişik ki, Samsung şirkəti Galaxy M55 smartfonunu təqdim etməyə hazırlaşır. Görünür, bu smartfonun təqdimatı artıq çox yaxındır. Belə ki, Galaxy M55 smartfonu SM-M556B/DS model nömrəsi ilə Samsung-un dəstək xidməti saytında ortaya çıxıb. Saytda sözügedən smartfonun texniki imkanları qeyd edilməyib. Lakin saytda bu smartfonun qeyd edilməsi onun təqdimatının yaxın zamanda baş tutacağından xəbər verir. Daha öncəki məlumat sızıntılarına əsasən Galaxy M55 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib ekranı əldə edəcək və Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfonun özündə 5000 və ya 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
