
Samsung Galaxy M55 smartfonunun bəzi texniki özəllikləri məlum olub
Cihazlar+
04.03.2024
Emil
Samsung şirkəti keçən ilin mart ayında təqdim edilmiş Galaxy M54 smartfonunun davamçısı olacaq Galaxy M55-in təqdimatına hazırlaşır. İndi isə Sammobile saytı Galaxy M55 barəsində bəzi məlumatları təqdim edib. Beləliklə verilmiş məlumatlara əsasən sözügedən yeni smartfon Qualcomm-un Snapdragon 7 Gen 1 adlı 4 nanometrlik prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı smartfon 8 GB RAM-ı və 128/256 GB daxili yaddaş həcmini əldə edəcək. Ekran mövzusuna gəldikdə Galaxy M55 120 Hz-lik təsvir yenilənməsinə sahib AMOLED ekranı əldə edəcək. Smartfonun özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareyanı birləşdirəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
