main-post-cover

    Samsung Galaxy M55s 5G smartfonunun ilk render fotosu təqdim edilib

    Cihazlar+
    11.09.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy M55s 5G adlı yeni orta büdcəli smartfonunun təqdimatına hazırlaşır. İndi isə Smartprix saytı sözügedən yeni smartfonun ilk render fotosunu və texniki imkanlarını təqdim edib. Təqdim edilmiş render fotoda smartfonun yalnız arxa paneli əks olunub. Fotodan da görmək olar ki, Galaxy M55s 5G smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı arxa paneldə kamera sahəsindən başlayaraq gövdənin ortasına kimi naxış qismində nazik zolaqlar uzanacaq.
         Məlumatda qeyd edilib ki, Galaxy M seriyasının bu yeni smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym ölçülü Super AMOLED Plus ekranla təchiz olunacaq. Smartfon Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq və 8 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edəcək. Bununla yanaşı Galaxy M55s 5G özündə 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Məşhur insayder Galaxy S25 Ultra-nın render fotolarını təqdim edib
    meshur-insayder-galaxy-s25-ultra-nin-render-fotolarini-teqdim-edib
    iPhone 16, Galaxy S24 və Xiaomi 14: Hansı kompakt model daha yaxşıdır?
    iphone-16-galaxy-s24-ve-xiaomi-14-hansi-kompakt-model-daha-yaxsidir
    Samsung Galaxy S24 FE-nin 3 gövdə rəngində yeni render fotoları təqdim edilib
    samsung-galaxy-s24-fe-nin-3-govde-renginde-yeni-render-fotolari-teqdim-edilib
    Samsung Galaxy S25 Ultra-nın ölçüləri və gövdə qalınlığı açıqlanıb
    samsung-galaxy-s25-ultra-nin-olculeri-ve-govde-qalinligi-aciqlanib
    Samsung Galaxy Tab S10+ və Tab S10 Ultra planşetlərinin satış qiymətləri ortaya çıxıb
    samsung-galaxy-tab-s10-ve-tab-s10-ultra-plansetlerinin-satis-qiymetleri-ortaya-cixib