Logo
    main-post-cover

    Samsung Galaxy M55s 5G təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    23.09.2024
    Emil
         Samsung şirkəti müəyyən müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Galaxy M seriyasının yeni orta büdcəli smartfonunu təqdim edib. Söhbət, Galaxy M55s 5G-dən gedir. Bu smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Galaxy M55s 5G smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir.
         Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib. Smartfon Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP + 8 MP + 2 MP üçlü arxa kameraya və 50 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Galaxy M55s 5G 45 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon qutudan OneUI 6.1 interfeysli Android 14 vasitəsilə çalışır. Galaxy M55s 5G 26 sentyabr tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 240$-dan start götürəcək. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş