
Samsung Galaxy Ring adlı smart üzüyün bəzi özəllikləri açıqlanıb
Cihazlar+
23.01.2024
Emil
Samsung şirkəti Galaxy S24 smartfon seriyasını təqdim edən zaman həmçinin Galaxy Ring adlı smart üzüyünü də anons etmişdi. Sözügedən smart üzüyün bu il ərzində təqdim olunacağı gözlənilir. İndi isə insayderlər Galaxy Ring barəsində bəzi məlumatları təqdim ediblər. Onların sözlərinə əsasən smart üzük olduqca yüngül olacaq və o, bir neçə ölçüdə satılacaq. Məlumatda qeyd edilib ki, Galaxy Ring-in ən böyük versiyasının ölçüsü 22.2 mm təşkil edəcək. İnsayderlərin sözlərinə əsasən Galaxy Ring ürək döyüntülərinin tezliklərini, qandakı oksigen miqdarını ölçə və üstəlik yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə biləcək. Galaxy Ring-in qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə birgə təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
