Logo
    Samsung Galaxy Ring adlı smart üzüyünü anons edib

    Samsung Galaxy Ring adlı smart üzüyünü anons edib

    Cihazlar+
    18.01.2024
         Samsung şirkəti Galaxy S24 smartfonlarının təqdimatı çərçivəsində tamamilə yeni cihazını anons edib. Söhbət, Galaxy Ring adlı smart üzükdən gedir. Şirkət təqdimat zamanı Galaxy Ring barəsində ətraflı məlumat verməyib. Çox güman ki, şirkət onu bu il ərzində təqdim edəcək. Bəzi məlumatlara əsasən Galaxy Ring bu ilin yay fəslində qatlana bilən Galaxy Z Fold 6Z Flip 6 smartfonları ilə birgə təqdim oluna bilər. Son məlumat sızıntılarına əsasən Galaxy Ring adlı smart üzük 4 ölçüdə təqdim olunacaq və o, istifadəçi səhhətinin müəyyən göstəricilərini ölçə biləcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Samsung Galaxy Ring adlı smart üzüyünü anons edib