main-post-cover

    Samsung Galaxy Ring smart üzüyü təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.07.2024
    Emil Nəcəfov
         Samsung şirkətinin keçirtmiş olduğu Galaxy Unpacked 2024 tədbiri çərçivəsində ən çox gözlənilən cihazlardan biri olan Galaxy Ring smart üzüyü təqdim olunub. Şirkət sonunda bu yeni cihaz barəsində ətraflı məlumatları təqdim edib. Beləliklə Galaxy Ring smart üzüyü ABŞ şkalası üzrə 5-dən 13-ə kimi müxtəlif ölçülərdə və gövdə rənglərində (qara, gümüşü, qızılı) təqdim edilib. Smart üzüyün gövdəsi 5-ci sinif titan ərintisindən hazırlanıb. Bütün elektronika ilə sensorlar smart üzüyün daxilində yerləşirlər. Galaxy Ring-in gövdəsi IP68 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və üstəlik 10 atmosfer təzyiqinə dözür.
         Smart üzük Bluetooth LE 5.4 üzərindən smartfona qoşulur. Qeyd etmək lazımdır ki, smart üzük yalnız Samsung smartfonları ilə çalışır və bunun üçün smartfon minimum Android 11 və ya ondan sonrakı Android versiyalarından birinə sahib olmalıdır. Bundan əlavə olaraq Samsung istifadəçi hesabı və Samsung Health tətbiqi lazım olacaq. Galaxy Ring istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçə bilir. Buna misal olaraq ürək döyüntülərinin tezliklərini, dəri temperaturunu və yuxu keyfiyyətini gətirmək olar. Üstəlik bu smart üzük vasitəsilə smartfonun bəzi funksiyalarını idarə etmək olar.
         Üzük baş barmağa taxıldığı halda böyük barmaq vasitəsilə ona klikləməklə smartfondakı bəzi funksiyaları işə salmaq olar. Bu üsul ilə smartfon kamerası üzərindən foto çəkmək və ya smartfondakı zəngli saatı deaktiv etmək mümkündür. Smart üzüyün bir dəfə şarj olunandan sonra nə qədər müddət ərzində çalışacağı onun ölçüsündən asılıdır. 5-dən 11-ə kimi ölçülərə sahib model 6 gün ərzində 12 və 13 ölçülü model isə 7 gün ərzində çalışır. Şarj prosesi isə xüsusi keys sayəsində reallaşdırılır. Şarj keysinin öz batareya həcmi 361 mAh təşkil edir. Bu isə smart üzüyün 20 dəfə şarj olunması üçün kifayətdir. Galaxy Ring 24 iyul tarixində satışa çıxacaq və onun qiyməti 399$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Z Fold 6 və Z Flip 6 təqdim olunub - QİYMƏTİ
    samsung-galaxy-z-fold-6-ve-z-flip-6-teqdim-olunub-qiymeti
    Samsung ikinci nəsil Galaxy Ring-i artıq patentləşdirib
    samsung-ikinci-nesil-galaxy-ring-i-artiq-patentlesdirib
    Samsung Galaxy Z Fold 6-nın daha geniş və nazik gövdəli versiyasını hazırlayır
    samsung-galaxy-z-fold-6-nin-daha-genis-ve-nazik-govdeli-versiyasini-hazirlayir
    Təqdimata sayılı günlər qalmış Samsung Galaxy Watch 7 və Galaxy Watch Ultra-nın yeni fotoları təqdim edilib
    teqdimata-sayili-gunler-qalmis-samsung-galaxy-watch-7-ve-galaxy-watch-ultra-nin-yeni-fotolari-teqdim-edilib
    Gələn il Samsung Galaxy S25+ smartfonunun təqdim olunacağıan dair sübut aşkar edilib
    ge