
Samsung Galaxy Ring smart üzüyünü artıq aktiv şəkildə test edir
Cihazlar+
02.02.2024
Emil
Samsung şirkəti keçən ay Galaxy S24 smartfon seriyasını təqdim edən zaman Galaxy Ring adlı smart üzüyünü anons etmişdi. Smart üzüyün təqdimatının bu ilin ikinci yarısında baş tutacağı gözlənilir. İndi isə Galaxy Ring şirkətin Samsung Good Lock adlı tətbiqində ortaya çıxıb. Smart üzük sözügedən tətbiqin batareyalar vidjetində digər Samsung cihazları birlikdə əks olunub. Bu isə o deməkdir ki, şirkət öz ilk smart üzüyünü aktiv şəkildə test edir və onun təqdimatına hazırlaşır. Galaxy Ring-in yay fəslində qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonları ilə birgə təqdim olunacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
