
Samsung Galaxy Ring smart üzüyünü bütün Android smartfonlarla uyğunlaşdırmağa hədəflənib
Cihazlar+
01.03.2024
Emil
Samsung şirkəti yanvar ayında anons etmiş olduğu Galaxy Ring smart üzüyünü MWC 2024 sərgisi çərçivəsində sərgilədi. İndi isə Samsung rəsmi şəkildə təsdiqləyib ki, o, sözügedən smart üzüyün digər Android smartfonlarla uyğunlaşmasına hədəflənib. Bu, Samsung Galaxy smartfonlarından istifadə etməyənlər üçün yaxşı xəbərdir. Şirkətin vitse-prezidenti Hon Pak bildirib ki, Samsung Galaxy Ring-i bütün Android smartfonlarla uyğunlaşdırmağa çalışır. Qeyd etmək lazımdır ki, MWC 2024 sərgisi çərçivəsində Galaxy Ring-i test etmiş şəxslərin sözlərinə əsasən bu smart üzük olduqca yüngüldür. Galaxy Ring-in bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir. Çox güman ki, bu, qatlana bilən Galaxy Z Fold 6 və Z Flip 6 smartfonlarının təqdimatları ilə eyni vaxtda baş tutacaq.
Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
