main-post-cover

    Samsung Galaxy Ring smart üzüyünün nə zaman təqdim olunacağı rəsmi şəkildə açıqlanıb

    Cihazlar+
    06.02.2024
    Emil Nəcəfov
         Samsung şirkəti keçən ay Galaxy S24 smartfon seriyasını təqdim edən zaman həmçinin Galaxy Ring adlı smart üzüyünü də anons etmişdi. Lakin üzüyün təqdimatı keçirilmədi. Onun təqdimatının bu il ərzində baş tutacağı gözlənilir. İndi isə Samsung rəsmisi Galaxy Ring-in nə zaman təqdim olunacağı barəsində məlumat verib. Samsung şirkətinin B2B Wearable/IoT/Accessory şöbəsinin rəhbəri Daniel Seung öz LinkedIn hesabında bildirib ki, şirkət Galaxy Ring-i bu ilin ikinci yarısında təqdim etməyi planlaşdırır. Lakin Samsung rəsmisi smart üzüyün dəqiq təqdimat müddətini açıqlamayıb. Çox güman ki, Galaxy Ring bu ilin yay fəslində yeni qatlana bilən Galaxy Z Fold 6Z Flip 6 smartfonları ilə birgə təqdim olunacaq. Son məlumat sızıntılarına əsasən Galaxy Ring 4 ölçüdə təqdim olunacaq və üstəlik o, insan səhhətinin müxtəlif göstəricilərinin ölçülməsi imkanlarını əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung flaqman Galaxy smartfonlarında Snapdragon prosessorlarından istifadəyə davam edəcək
    samsung-flaqman-galaxy-smartfonlarinda-snapdragon-prosessorlarindan-istifadeye-davam-edecek
    Samsung Galaxy Ring smart üzüyünü artıq aktiv şəkildə test edir
    samsung-galaxy-ring-smart-uzuyunu-artiq-aktiv-sekilde-test-edir
    Samsung Galaxy F14 4G adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır
    samsung-galaxy-f14-4g-adli-yeni-budceli-smartfonunu-teqdim-etmeye-hazirlasir
    Samsung 3 yeni qatlana bilən smartfon üzərində çalışır
    samsung-3-yeni-qatlana-bilen-smartfon-uzerinde-calisir
    Qatlana bilən Samsung Galaxy Z Fold 6-nın ilk render fotoları təqdim edilib
    qatlana-bilen-samsung-galaxy-z-fold-6-nin-ilk-render-fotolari-teqdim-edilib