Logo
    main-post-cover

    Samsung Galaxy Ring smart üzüyünün şarj keysi sərgilənib

    Cihazlar+
    20.06.2024
    Emil
         Ice Universe ləqəbli məşhur insayder təqdimatı gözləmədən Samsung-un Galaxy Ring adlı smart üzüyünün şarj keysinin fotosunu təqdim edib. Təqdim edilmiş fotoda şarj keysi ilə yanaşı onun daxilinə yerləşdirilmiş smart üzüyü də görmək olar. Fotoya əsasən Galaxy Ring-in şarj keysi Samsung-un öz naqilsiz qulaqlıqları üçün hazırlamış olduğu şarj keyslərindən bir qədər fərqlənəcək. Beləliklə fotodan da görmək olar ki, Galaxy Ring-in şarj keysi kvadrat formanı əldə edəcək və onun daxili mərkəz hissəsində smart üzüyün yerləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi dairəvi sahə olacaq. Şarj keysinin batareya həcmi və şarj gücü barəsində heç bir məlumat verilməyib. Daha öncəki məlumat sızıntılarına əsasən Galaxy Ring smart üzüyü bir dəfə şarj olunandan sonra standart olaraq 9 gün ərzində çalışa biləcək. Bununla belə üzüyün ölçüsündən asılı olaraq onun sahib olacağı batareya həcmi də fərqli olacaq. Qeyd etmək lazımdır ki, Galaxy Ring-in gələn ay qatlana bilən Galaxy Z Fold 6Z Flip 6 smartfonları ilə birlikdə təqdim olunacağı gözlənilir.
    Paylaş