main-post-cover

    Samsung Galaxy Ring smart üzüyünün satış qiymətləri açıqlanıb

    Cihazlar+
    22.05.2024
    Emil Nəcəfov
         Samsung şirkəti Galaxy S24 smartfon seriyasının yanvar ayında baş tutmuş təqdimatı zamanı Galaxy Ring adlı smart üzüyünü anons etmiş və fevral ayının sonunda Barselonada keçirilmiş MWC 2024 sərgisi çərçivəsində onu sərgiləmişdi. Lakin smart üzüyün tam təqdimatı hələ baş tutmayıb. Smart üzüyün yay fəslində qatlana bilən Galaxy Z Fold 6Z Flip 6 smartfonları ilə birgə təqdim olunacağı güman edilir. İndi isə insayderlər Galaxy Ring-in hansı qiymətə satılacağı barəsində məlumat veriblər.
         Beləliklə onların vermiş olduqları məlumata əsasən Galaxy Ring-in Hindistan bazarında qiyməti 420$, ABŞ bazarında qiyməti isə 300-350$ təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, bu qiymətə Apple Watch Series 8 və ya Samsung Galaxy Watch 6 smart saatını əldə etmək olar. Qeyd etmək lazımdır ki, Galaxy Ring-in müxtəlif ölçülərdə təqdim ediləcəyi gözlənilir. Ölçüdən asılı olaraq smart üzüyün batareya həcmi fərqli olacaq. Galaxy Ring istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung, OLED-i əvəz edən dünyanın ilk QD-LED ekran panelini təqdim edib!
    samsung-oled-i-evez-eden-dunyanin-ilk-qd-led-ekran-panelini-teqdim-edib
    Samsung Snapdragon X Elite prosessoru vasitəsilə çalışan Galaxy Book 4 Edge noutbukunu təqdim edib - QİYMƏTİ
    samsung-snapdragon-x-elite-prosessoru-vasitesile-calisan-galaxy-book-4-edge-noutbukunu-teqdim-edib-qiymeti
    Samsung Galaxy Z Flip 6-nın əsas arxa kamera göstəriciləri ortaya çıxıb
    samsung-galaxy-z-flip-6-nin-esas-arxa-kamera-gostericileri-ortaya-cixib
    Samsung Galaxy F54 smartfonu OneUI 6.1-i əldə etməyə başlayıb
    samsung-galaxy-f54-smartfonu-oneui-61-i-elde-etmeye-baslayib
    Samsung Galaxy S25 smartfonu daha baha qiymətə satıla bilər
    samsung-galaxy-s25-smartfonu-daha-baha-qiymete-satila-biler