Logo
    main-post-cover

    Samsung Galaxy S23 Ultra, S24 Ultra və S25 Ultra-nın dizaynları müqayisə edilib

    Cihazlar+
    13.01.2025
    Emil
         Samsung 22 yanvar tarixində Galaxy S25 smartfonlarını təqdim edəcək. Təqdim olunacaq modellərdən biri də Galaxy S25 Ultra olacaq. Ice Universe ləqəbli məşhur insayder öz növbəsində Galaxy S Ultra smartfonları ilə bağlı maraqlı bir fotonu təqdim edib. Təqdim edilmiş fotoda Galaxy S23 Ultra, S24 Ultra S25 Ultra modelləri əks olunublar. Bu foto son illərdə Galaxy S Ultra smartfonlarının dizaynlarında olmuş dəyişikliyi əks etdirir.
         Fotodan da görmək olar ki, Galaxy S23 Ultra smartfonu Galaxy S Ultra seriyasında kənarları əyilmiş dizaynda hazırlanmış ekrana sahib son smartfon oldu. Galaxy S24 Ultra-dan başlayaraq isə bu smartfon seriyası yastı ekran dizaynını əldə etməyə başladı. Lakin bununla belə Galaxy S23 Ultra kimi Galaxy S24 Ultra da özündə iti künc hissələri qoruyub saxlamışdı. Lakin bu ayın sonunda təqdim ediləcək Galaxy S25 Ultra modelinin dizaynında nəzərəçarpan dəyişiklik olacaq. Belə ki, Galaxy S25 Ultra özündə daha yuvarlaq künc hissələri birləşdirəcək. Bununla yanaşı yeni smartfonda ekran ətrafı çərçivələr daha da nazik olacaqlar.
    Paylaş