Logo
    main-post-cover

    Samsung Galaxy S23-ün bütün texniki göstəriciləri barəsində məlumat verilib

    Cihazlar+
    19.10.2022
    Emil
        Nüfuzlu insayderlərdən biri gələn ilin əvvəlində təqdim olunması gözlənilən Galaxy S23 smartfonunun bütün texnki özəllikləri barəsində məlumat verib. İnsayder tərəfindən təqdim edilmiş məlumatlar həqiqətə uyğundursa, deməli Galaxy 22-nin Galaxy S21-dən az fərqləndiyi kimi Galaxy S23 də Galaxy S22-dən az fərqlənəcək. Beləliklə verilmiş məlumata əsasən Galaxy S23 modeli 2340x1080 piksel keyfiyyətli 6.1 düym Dynamic AMOLED 2X ekran ilə təchiz olunacaq. Prosessor qismində isə smartfonda Snapdragon 8 Gen 2-dən istifadə ediləcək. Qeyd etmək lazımdır ki, bu prosessorun təqdimatı artıq gələn ay baş tutacaq. Galaxy S23-ün Exynos prosessoruna sahib versiyasının olub-olmayacağı bilinmir.
        Bundan əlavə olaraq Galaxy S23 modeli 8 GB RAM ilə təchiz olunacaq və onun daxili yaddaş həcmi 128/256 GB ilə məhdudlaşacaq. Yəni Galaxy S23-ün 256 GB-dan daha yüksək daxili yaddaş həcminə sahib versiyasını gözləmək lazım deyil. Batareya həcminə gəldikdə isə smartfon 3900 mAh enerji tutumlu batareyanı özündə birləşdirəcək. Qeyd etmək lazımdır ki, Galaxy S22 modeli 3700 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Galaxy S22-də olduğu kimi Galaxy S23 də 25 vatt gücündə sürətli naqilli və 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını dəstəkləyəcək. Kameralar baxımından Galaxy S23 50 MP (optik stabilizasiya) + 12 MP (ultragenişbucaqlı obyektiv) + 10 MP (teleobyektiv) üçlü arxa kamera və 10 MP-lik ön kamera ilə təchiz olunacaq. Bəzi məlumatlara əsasən Samsung Galaxy S23 smartfon seriyasını yanvar ayında təqdim edə bilər.
    Paylaş
    Bənzər xəbərlər