Logo
    main-post-cover

    Samsung Galaxy S24+ smartfonu Geekbench testlərindən keçib

    Cihazlar+
    12.10.2023
    Emil
         Biraz əvvəl biz xəbər verdik ki, Samsung Galaxy S24 Ultra smartfonu Geekbench testlərindən keçib. İndi isə məlum olub ki, Galaxy S24 Ultra-nın ardınca Geekbench testlərindən həmçinin Galaxy S24+ modeli də keçib. Galaxy S24 Ultra-nın Geekbench testləri nəticəsində məlum oldu ki, o, Snapdragon 8 Gen 3 prosessoruna sahib olacaq. Galaxy S24+ modelinin Geekbench testlərindən isə məlum olub ki, o, Exynos 2400 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən smartfonun 8 GB RAM-a sahib versiyası keçib. Üstəlik o, Android 14-ə sahib olub. Beləliklə Galaxy S24+ smartfonu Geekbench-in bir nüvəli testi çərçivəsində 2067 xal, çox nüvəli testi çərçivəsində isə 6520 xal toplayıb.
    Paylaş