
Samsung Galaxy S24 Ultra-nın təmir olunma mümkünlüyü qiymətləndirilib (VİDEO)
Cihazlar+
25.01.2024
Emil
Dünən biz xəbər vermişdik ki, PBKreviews adlı Youtube kanalının müəllifləri Samsung Galaxy S24 Ultra-nı dözümlülük testlərindən keçiriblər. İndi isə həmin Youtube kanalın müəllifləri Galaxy S24 Ultra-nın təmir olunma mümkünlüyünü qiymətləndiriblər. Onların sözlərinə əsasən sözügedən smartfon sadə şəkildə hissələrə ayrılır və təmir olunur. Bununla yanaşı Youtube kanalının müəllifləri smartfonun yeni soyutma sistemini də qiymətləndiriblər. Konstruksiya baxımından Galaxy S24 Ultra smartfonu keçən ilki Galaxy S23 Ultra-dan fərqlənmir. Təqdim edilmiş videoda Galaxy S24 Ultra-nın hissələrə ayrılması prosesi əks olunub. PBKreviews adlı Youtube kanalının müəllifləri Galaxy S24 Ultra-nın təmirn olunma mümkünlüyünü 10 xaldan 9 xal ilə qiymətləndiriblər.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
