Logo
    main-post-cover

    Samsung Galaxy S25 Edge smartfonunun real gövdə qalınlığı sərgilənib

    Cihazlar+
    24.02.2025
    Emil
         İnternetdə hələ rəsmi elan olunmamış Samsung Galaxy S25 Edge və qatlana bilən Galaxy Z Fold 6 modellərinin maraqlı video-müqayisəsi yayımlanıb. Lakin video tez bir zamanda silinib, amma cihazın dizaynını internetdə qalan ekran görüntülərindən qiymətləndirmək mümkündür. Bundan əlavə, videonun müəllifi AIDA64 tətbiqini Galaxy S25 Edge-də işə salaraq onun texniki xüsusiyyətlərini nümayiş etdirib.
         Məlumata görə, Galaxy S25 Edge smartfonu Galaxy Z Fold 6-nın tam açıq vəziyyətdəki hissələrindən cəmi bir qədər qalın olacaq. Yəni söhbət, 5.84 mm-lik gövdə qalınlığından gedir. Galaxy Z Fold 6-nın tam açıq vəziyyətdə gövdə qalınlığı 5.6 mm təşkil edir. Bundan başqa, bloger AIDA64 vasitəsilə cihazın yaddaş konfiqurasiyasını da göstərib: 12 GB RAM / 256 GB daxili yaddaş həcmi.
         Lakin bu konfiqurasiyanın yeganə variant olub-olmadığı hələ məlum deyil. Daha əvvəl Digital Chat Station ləqəbli məşhur insayder Galaxy S25 Edge-in kamera xüsusiyyətləri ilə bağlı bəzi məlumatları paylaşmışdı. 200 MP + 12 MP. Bəzi məlumatlara görə, smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq və onun batareyasının tutumu 4000 mAh təşkil edəcək. Samsung Galaxy S25 Edge-in nə zaman təqdim olunacağı hələ bilinmir.
    Mənbə: IThome
    Paylaş