Logo
    main-post-cover

    Samsung Galaxy S25 Edge üçün Gorilla Glass Ceramic 2 adlı yeni nəsil qoruyucu şüşə hazırlanıb

    Cihazlar+
    12.05.2025
    Emil
         Samsung Galaxy S25 Edge smartfonunda, hansı ki, təqdimatı 13 may tarixində baş tutacaq, ekranı zədələrdən qorumaq üçün yeni nəsil möhkəm qoruyucu şüşə istifadə olunacaq. Söhbət, Gorilla Glass Ceramic 2-dən gedir. Bu material Corning Samsung Electronics mütəxəssislərinin birgə səyləri nəticəsində hazırlanıb. Bu barədə Cənubi Koreya istehsalçısının press-relizində məlumat verilib. “Corning-in qabaqcıl qoruyucu şüşə texnologiyası ilə Samsung-un özünəməxsus işləmə və möhkəmləndirmə texnologiyalarının birləşməsi sayəsində Galaxy S25 Edge-də istifadə edilən Gorilla Glass Ceramic 2 örtüyü həm zərif, həm də dayanıqlı dizayn təmin edir” - deyə Samsung şirkətindən bildirilib.
         Samsung-un Mobile eXperience Business (MX) bölməsinin mexaniki tədqiqat və inkişaf qrupu rəhbəri və icraçı vitse-prezidenti Kwangjin Bae-nin sözlərinə görə, Galaxy S25 Edge modeli Galaxy S25 seriyasının ən nazik smartfonu olacaq. O, qeyd edib ki, hər iki şirkətin mütəxəssisləri üçün eyni zamanda həm son dərəcə incə, həm də yüksək dərəcədə möhkəm olan ekran materialı hazırlamaq xüsusi əhəmiyyət daşıyırdı. Gorilla Glass Ceramic 2 hazırlanarkən kristallar şüşə matrisasına yerləşdirilir ki, bu da ekran örtüyünün davamlılığını və çatlara qarşı dayanıqlığını artırır.
         Şüşənin komponentləri ilə kristallar arasında qurulan əlaqə, örtüyə yüksək optik şəffaflıq qorunmaqla yanaşı, əlavə möhkəmlik təmin edir. “Zədələrə qarşı dayanıqlığın artırılmasında əsas komponent olaraq Corning-in ion mübadiləsi prosesi şüşə-keramika materialını əlavə olaraq möhkəmləndirir və ekran örtüyünün qalıq möhkəmliyini yaxşılaşdırır” - deyə press-relizdə qeyd olunub. “Gorilla Glass Ceramic 2 materialında biz naziklik və möhkəmliyin əla birləşməsinə nail olduq və istifadəçilərə hər iki dünyanın ən yaxşı xüsusiyyətlərini təqdim etdik - müasir, zərif və premium dizaynda istisna davamlılıq” - deyə Corning Gorilla Glass şirkətinin vitse-prezidenti və baş direktoru Andrew Beck bildirib.
    Mənbə: Samsung
    Paylaş