
Samsung Galaxy S25 FE barəsində ilk məlumat ortaya çıxıb
Cihazlar+
14.10.2024
Emil
Samsung Galaxy S25 smartfonlarının hələ təqdim olunmamalarına baxmayaraq artıq indidən Galaxy S25 FE barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Görünür, şirkət artıq hər il yeni Galaxy S FE smartfonunu təqdim etməyə hazırlaşır. Beləliklə ortaya çıxmış məlumata əsasən Galaxy S25 FE smartfonu hələ bir neçə müddət bundan öncə təqdim edilmiş Galaxy S24 FE ilə müqayisədə daha nazik gövdəni əldə edəcək. Qeyd etmək lazımdır ki, Galaxy S24 FE-nin gövdə qalınlığı 8 mm təşkil edir.
Galaxy S25 FE-nin gövdə qalınlığının nə qədər təşkil edəcəyi bilinməsə də, çox güman ki, şirkət onda Galaxy S24-ün gövdə qalınlığı göstəricisinə çatmağa hədəflənib. Galaxy S24-ün gövdə qalınlığı isə 7.6 mm-dir. Şirkət bu istiqamətdə Galaxy S25 FE-də daha nazik, lakin daha geniş batareyadan istifadə edə bilər. Çox güman ki, Galaxy S24 FE-də olduğu kimi Galaxy S25 FE də 6.7 düym ölçülü ekranı əldə edəcək. Lakin Galaxy S25 FE-nin hansı prosessor vasitəsilə çalışacağı məlum deyil. Galaxy S25 FE-nin gələn ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
